Xaçmazın tanınmış futbolçularından olmuş Füzuli Şeydayev vəfat edib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, F.Şeydayev ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, o, həvəskarlar liqasında "Nabran" və "Xaçmaz" komandalarının heyətində çıxış edib.