Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri tapdalayaraq yararsız hala salan şəxslər polis bölməsinə çağırılıb.

BUTA.TV Trend-ə istinadla xəbər verir ki, ziyan vuran şəxslərin kimliyi müəyyənləşdirilir.

Artıq bu əməlləri törədən 10-a yaxın şəxs müəyyən edilərək polisə çağırılıb.

Həmin şəxslər barəsində müvafiq tədbirlər görülür.