Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
Bakıda Kənar Dairəvi yoldan Lökbatan istiqamətində kilometrlərlə uzanan tıxac müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a sürücülər məlumat veriblər.
Bildirilib ki, nəqliyyat sıxlığının yaranmasına səbəb yolda aparılan təmir işləridir.
Mümkün qədər bu istiqamətdə hərəkət etməmək tövsiyə olunur.