Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan 24 yaşlı Aysun Quliyeva Tiflisdə faciəvi şəkildə vəfat edib.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, gənc qızın meyiti Tiflisdə yaşadığı mənzildə asılmış vəziyyətdə aşkar edilib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.