Tovuzda bədbəxt hadisə baş verib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çatax kəndində qeydə alınıb.

Kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyev yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. 6 yaşlı uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.