Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

BUTA.TV xəbər verir ki, 1970-ci il təvəllüdlü Həmid Edison oğlu Yarməmmədov idarə etdiyi VAZ-21043 minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Murad Möhübbət oğlu Zamanovu vurub.

Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.