Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, bu dəfə “Lukoyl-Permnefteorqsintez” müəssisəsi vurulub.

Məlumata görə, bu, Rusiyanın ən iri neft emalı zavodlarından biridir və “Lukoyl” sistemində əsas həlqələrdən hesab olunur.

Xatırladaq ki, dünən Perm yaxınlığında neft nasos stansiyasına hücum edilib.