AZAL Təl-Əvivə uçuşları bərpa edir
Azərbaycan Hava Yolları QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
BUTA.TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bu istiqamət üzrə reyslərə 3 maydan start veriləcək. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.