Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
Hazırda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
"DYP bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda qeyd olunub.