Abşeronda əməliyyat: saxlanılanlar var
Abşeron rayonu ərazisində fəaliyyət göstərən sexlərin birindən 1350 manat dəyərində metal avadanlıqlar oğurlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən D.Paşayev və Ə.Musazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma davam etdirilir.