Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.