Dünyanın ən hündür göydələni olan Dubaydakı Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu X sosial şəbəkə hesabında məlumat yayıb.

"Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.