Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.