Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.
“BUTA.TV” “Unikal”a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.
Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlarıdır.
İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.