Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən batması ilə bağlı məlumat daxil olub.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndlərindən olan Biləsər kəndi ərazisində, Hirkan Milli Parkında yerləşən Bum şəlaləsində baş verib.

Məlumata görə, FHN-nin Cənub Regional Mərkəzinə bir nəfərin suda batması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hazırda batdığı ehtimal olunan şəxsin tapılması və kimliyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.