Feybuk, Messencer, İnstaqram və Threadsın işində qlobal miqyasda problem yaranıb.

BUTA.TV xəbər verir ki, veb-servis və tətbiqdə sosial şəbəkələrə daxil olmaq mümkün deyil.

Bir çox istifadəçilər avtomatik olaraq hesabdan çıxarıldıqlarını bildirirlər.

Təkrar hesaba daxil olduqda xəta, yaxud şifrənin yanlış olduğu qeyd edilir.