Gürcüstanın Marneuli rayonunda azərbaycanlı yeniyetmənin meyiti aşkarlanıb.

BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.

Bildirilib ki, Quşçu kənd sakini 13 yaşlı Emir Məmmədovun meyiti yaşadığı evdə tapılıb.

Hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.