Güclü partlayış oldu, bina çökdü: 6 ölü - Foto
Foto
Yunanıstanın paytaxtı Afinanın Plaka rayonunda yaşayış binasında güclü partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində üçmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.
Dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə iş aparılır.
Məlumata görə, ölənlər arasında binanın yuxarı mərtəbəsində yaşayan yaşlı cütlük və birinci mərtəbədə kirayə mənzildə qalan 4 ABŞ vətəndaşı olub.
Hadisə nəticəsində 3 nəfər də xəsarət alıb.
Partlayış nəticəsində yaxınlıqdakı bina, mağaza və avtomobillərə də ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO