Ərəbistan dənizi onlardan təmizlənəcək - Xamenei
Əvvəllər İranın cənubunda iki dəniz düşmən qüvvələrinin meydanı idi. Lakin bu gün Hörmüz boğazının cəsur döyüşçüləri və müdafiəçilərinin endirdiyi ağır zərbələrdən sonra onlar Ərəbistan dənizindən o tərəfə keçməyə cürət etmirlər.
BUTA.TV xəbər verir ki, bunu İranın ali lideri Müctəba Xamenei müraciətində deyib.
“Nə vaxt bu riski gözə alıblarsa, bunun zərərini özləri çəkiblər. Və elə bir gün yaxınlaşır ki, Ərəbistan dənizi də onlardan təmizlənəcək. Bu gün bəziləri bizi dünyanın dördüncü supergücü kimi təsvir edir. Əlbəttə ki, bunu dünyəvi hesablamalara əsasən deyirlər. Amma ilahi hesablamalara görə, biz dünyanın ən önəmli gücü hesab olunuruq”, - o bildirib.
70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı