Bu ölkə Almaniyadan 341 milyard təzminat tələb edir
Yunanıstan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan bir daha təzminat ödəməsini tələb edib.
BUTA.TV DPA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan Prezidenti Konstantinos Tassoulas Lingiades kəndində keçirilən anım tədbirləri zamanı deyib.
"Tələblərimiz qüvvədədir, qanunidir və heç bir məhdudiyyət müddəti yoxdur", - deyə o vurğulayıb.
Bildirilib ki, Yunanıstan tərəfinin hesablamalarına görə, tələb olunan ümumi məbləğ hesablama metodundan asılı olaraq 278 milyard avrodan 341 milyard avroya qədər dəyişir.
Berlin Afinanın tələblərini rədd edir və məsələnin qanuni şəkildə həll olunduğunu hesab edir.
Qeyd edək ki, Lingiades qırğını İkinci Dünya Müharibəsi zamanı nasist qüvvələrinin Yunanıstanı işğalı dövründə, 3 oktyabr 1943-cü ildə Vermaxt ordusu tərəfindən dinc yunan əhalisinə qarşı törədilmiş müharibə cinayətidir.
Qırğın Yunanıstanın şimal-qərbində, İoannina şəhəri yaxınlığındakı dağlıq Lingiades kəndində baş vermişdir.
ABŞ İranın 2 diplomatını ölkədən çıxardı