Norveç sahillərində, Olesunn şəhəri yaxınlığındakı iki yük gəmisi və bir neft tankeri toqquşub.

BUTA.TV xəbər verir ki, bu barədə Norveçin NRK teleradiokompaniyası məlumat yayıb.

Məlumata əsasən, toqquşma nəticəsində hər üç gəmi zədələnib, onlardan birində isə su sızması baş verib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb, onlar gəmilərdən təxliyə ediliblər. İlkin məlumatlara görə, ətraf mühitə ziyan dəyməyib, müvafiq xidmətlər ehtimal olunan fəsadları qiymətləndirirlər.

Toqquşan gəmilər Niderland, Farer adaları və Norveçdən hərəkət edirmiş.

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu