2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
2022-ci ilin may ayında Azərbaycanda keçirilən “TEXNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı böyük uğur qazandı. Bunu Azərbaycanda “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi olduğumuz üçün xatırlayırıq.
BUTA.TV xəbər verir ki, “TEXNOFEST” Direktorlar Şurasının və T3 Vəqfi Qəyyumlar Şurasının sədri Selcuq Bayraqdar Şanlıurfada keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalının yarış proqramlarında Azərbaycan komandalarının fəal iştirakından danışıb.
S. Bayraqdar xatırladıb ki, 97 ölkəni təmsil edən komandalar Şanlıurfada keçirilən festivalda iştirak etmək üçün müraciət edib və bu, artıq 15-ci ilini qeyd edən tədbirin artan populyarlığını nümayiş etdirir.
T3 Vəqfi Qəyyumlar Şurasının sədri müasir Türkiyənin texnologiya və müdafiə sahəsindəki nailiyyətlərinə diqqət çəkib.
“Son 20 ildə Türkiyə dünyanın ən böyük hücum PUA-ları istehsalçısına çevrilib”, - deyə o bildirib.
“Biz dünyanın 40 ölkəsində fəaliyyət göstəririk və onlardan yeddisində dronların birbaşa istehsalını qurmuşuq”, - deyən S. Bayraqdar həmçinin Türkiyəni tərk etmiş mütəxəssislərin fəal şəkildə ölkəyə qayıtdığını qeyd edib.
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - Video