Rusiyanın ballistik raket ehtiyatı artıq təxminən 700 ədədə çatıb.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında deyib.

“Rusiyanın 700-ə qədər ballistik raket ehtiyatı və bir neçə min digər raketi var. Onların belə bir ehtiyatı mövcuddur. Rusiya ayda təxminən 130-140 ballistik raket istehsal edir. Bu müvafiq reaksiya tələb edir",- Zelenski deyib.

“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - Video “Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - Video