Kiyevdə səfərdə olan Almaniya kansleri Fridrix Merz Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir neçə gün öncə Rusiyanın zərbə endirdiyi Milli Elmlər Akademiyasının binasının qarşısında görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, onların əraziyə gəlməsindən sonra hava həyəcanı verilib.

Jurnalistlərə açıqlamasında kansler müharibəni mənasız adlandırıb və Rusiya Prezidenti Vladimir Zelenskiyə müraciət edib.

“Bu mənasız müharibəyə son qoyun. Biz danışıqlara hazırıq, lakin silahlar susduqdan sonra. Və silahlar susmalıdır. Ukraynanın mülki əhalisinə qarşı bu vəhşi hücumlar dayandırılmalıdır”, - Merz bildirib.

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu