Ermənistan yeni Ukraynaya çevrilə bilər.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Ermənistanın hazırkı rəhbərliyi ölkənin inkişaf trayektoriyasını dəyişməyi düzgün hesab etdi. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni bir Ukraynaya çevrilməsidir”, - Medvedyev bildirib.

Qeyd edək ki, Dmitri Medvedyev müəyyən dövlətlərin hazırda Cənubi Qafqazda vəziyyəti qarışdırmağa çalışdıqlarını demişdi.

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu