8 oktyabr axşamı Rusiyanın hücumu Kiyevin əsas enerji obyektlərindən birinə ziyan vurub.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal bildirib.

"Kiyevin həyati əhəmiyyətli enerji obyektlərindən birinə hücum baş verib. Energetiklər elektrik enerjisini tez bir zamanda bərpa etmək üçün əllərindən gələni edirlər. Rusiyanın dron hücumu hazırda davam edir. Bütün xidmətlər cəlb olunub", - o Teleqram kanalında yazıb.

“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...” “Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”