ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskı “müasir dövrün Tomas Edisonu” adlandıraraq elmi nailiyyətlərinə görə Milli Elm Medalı ilə təltif edib.

BUTA.TV xəbər verir ki, mükafatlandırma mərasimi Vaşinqtonda keçirilib.

Milli Elm Medalı, həmçinin “Google”un həmtəsisçisi Sergey Brin, “Nvidia” şirkətinin baş direktoru Censen Huanq və AMD-nin rəhbəri Lisa Suya təqdim olunub. “Dell Technologies”in baş direktoru Maykl Dell və “Microsoft”un rəhbəri Satya Nadella isə Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif ediliblər.

Tramp çıxışında Maskın elmi və texnoloji fəaliyyətini yüksək qiymətləndirib və onu “çox xüsusi insan” adlandırıb.

“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...” “Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”