ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Oktyabrın 9–10-da isə Mayamidə ABŞ nümayəndələrinin Ukrayna və Avropa nümayəndə heyəti ilə danışıqları keçiriləcək. ABŞ sülh prosesindəki çıxılmaz vəziyyətdən çıxmaq üçün yeni ideyalar və təkliflər təqdim etməyi planlaşdırır. Məqsədlərdən biri qismən atəşkəsdir, bura enerji infrastrukturuna və taxıl sektoruna hücumların dayandırılması da daxildir. Tərəflər həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və müharibədən sonrakı bərpa planını müzakirə edəcəklər. Tramp administrasiyası qış başlamazdan əvvəl diplomatik irəliləyişə nail olmağa çalışır. Lakin Rusiya hələlik atəşkəslə razılaşmağa hazır olduğunu nümayiş etdirmir”, - məlumatda deyilib.

“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...” “Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”