Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərini dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-formal sammitinə dəvət edib.

BUTA.TV xəbər verir ki, Putin bunu MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

“Əziz dostlar, hamınızı dekabrın 21-də Peterburqa dəvət etmək istəyirəm, orada adətən qeyri-formal dost görüşünə toplaşırıq. Dekabrın 21-də keçiriləcək tədbirdə bütün aktual və perspektiv məsələlər müzakirə olunacaq”, - Putin qeyd edib.

“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...” “Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”