Polşa polisi Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı yönəlmiş mümkün sui-qəsd planı barədə məlumat əldə edib.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçka məlumat yayıb.

Məlumata görə, Daxili Təhlükəsizlik Agentliyinin Terrorla Mübarizə Mərkəzi polis, Dövlət Mühafizə Xidməti və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirakı ilə iclas keçirib.

Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib ki, daxil olan xəbərdarlıq bu tipli əvvəlki məlumatlarla müqayisədə daha ciddi narahatlıq doğurur.

Şlapka təhlükəsizlik xidmətlərinin hazırda məlumatı yoxladıqlarını deyib.

İddia olunan sui-qəsdçi və ya mümkün həbslər barədə hələlik heç bir məlumat yoxdur.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video