İsrail Dəməşq yaxınlığında bunkerləri məhv etdi
İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqdən 40 kilometr aralıda Hermon dağında bunkerləri və istehkamları dağıdıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Fərat” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu ərazi 2024-cü ilin dekabrında Dəməşqdə hökumət dəyişikliyindən sonra İsrail qüvvələri tərəfindən işğal edilib.
Paytaxtın qərbindəki Bekasem yaşayış məntəqəsi yaxınlığında hərbi obyektlər məhv edilib.
Kənd sakinləri ərazidən güclü partlayış səslərinin gəldiyini söyləyiblər.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video