Məkkə Müdafiə Alyansı çərçivəsində Səudiyyə Ərəbistanına potensial olaraq qoşun göndərilməsi prosesi Türkiyə Böyük Millət Məclisinin icazəsi ilə Konstitusiya və qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək və töhfənin həcmi Səudiyyə Ərəbistanının istək və ehtiyaclarına uyğun olaraq müəyyən ediləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Proses Konstitusiya və qanunvericiliyin müddəalarına uyğun olaraq diqqətlə həyata keçirilir.

Saziş Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməli və Türkiyə Silahlı Qüvvələrinin xaricə göndərilməsi üçün lazımi təsdiq prosesləri tamamlanmalıdır”, - bəyanatda qeyd edilib.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video