ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onların mənbəyini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Məlumata görə, ABŞ hərbçiləri qarşı tərəfin peyk rabitəsini pozmaq üçün “Meadowlands”, elektromaqnit təhdidlərini aşkar etmək və yerini müəyyənləşdirmək üçün isə “Bounty Hunter” sistemindən istifadə edirlər.

Qeyd edək ki, ABŞ Kosmik Qüvvələri daşına bilən “Remote Modular Terminal” sisteminin yerləşdirilməsini də sürətləndirib. Bu avadanlıq son bir il ərzində İran və Venesueladakı əməliyyatlara dəstək məqsədilə istifadəyə verilib.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video