Ağır qəza: Bələdiyyə sədri öldü - Foto
Foto
Türkiyənin Düzcə vilayətində baş verən yol qəzasında Üsküdar bələdiyyəsinin müvəqqəti sədri Dündar Ziya Gültəkin ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qəza nəticəsində daha 4 nəfər yaralanıb.
Bildirilib ki, ərazidə olan həkim müdaxilə edərək Gültəkinin ürəyinin fəaliyyətini bərpa edib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gültəkin bir ay əvvəl həbs olunan Sinem Dədətaşın yerinə seçilmişdi.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video