Rusiya ilə münasibətlərimiz həmişə yaxşı olub
Ermənistanın Rusiya ilə münasibətlərində bəzi fikir ayrılıqları olub, amma heç vaxt soyuq olmayıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Münasibətlərimizdə heç nə dəyişməyib. Müəyyən işgüzar atmosfer və münasibətlər mövcuddur.
Diplomatik sahədə və ya birgə gündəmdə bəzi fikir ayrılıqları olsa belə, bu, heç də bizim incidiyimiz və bir-birimizlə danışmadığımız anlamına gəlmir.
Rusiya tərəfi ilə münasibətlər həmişə yaxşı olub və belə də qalacaq”, - o bildirib.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video