Türkiyənin Balıkesir vilayətinin Susurluk rayonuna yağan güclü yağışlar daşqınlara səbəb olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, qəfil başlayan güclü yağışdan sonra küçə və prospektlərdə su gölməçələri yaranıb, maşınlar suyun altında qalıb.

Vurğulanıb ki, bələdiyyə və xilasetmə qrupları daşqından zərər çəkmiş ərazilərdə təxliyə işlərinə başlayıblar.

Qeyd edək ki, ötən gün İstanbulda da yağan güclü yağışlar daşqınlara səbəb olub. Şəhərdə bir çox əraziləri su basıb.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video