Adam K-13 xüsusi dəstəsini yaratdı
Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu Adam “K-13 Komandası” adlı yeni güc strukturunu yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Verstka” Teleqram kanlı məlumat yayıb.
“Görünür, bu “bölmə”yə seçim zamanı əsas meyar “düzgün valideynlərin övladı” olmaqdır. Komandanın 18 silahlı üzvünün yarıdan çoxu Kadırovların qohumları, yaxud Çeçenistanın yüksək vəzifəli məmur və güc strukturları rəhbərlərinin övladlarıdır. Elit dəstənin tərkibində Çeçenistanın Baş nazirinin oğlu, nüfuzlu məmurların qardaşı oğulları, eləcə də Kadırovun özünün və arvadının qohumları yer alır. “K-13”ün yaradıcıları istənilən vaxt və istənilən yerdə istənilən əmri yerinə yetirməyə təntənəli şəkildə söz veriblər. Lakin bu ailəvi xüsusi təyinatlı dəstənin konkret olaraq nə ilə məşğul olduğunu heç kim bilmir”, - məlumatda deyilib.
Əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - SON DƏQİQƏ