İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir Tel-Şevadakı bir məscidin icazə verilən hüdudları aşaraq "səs-küy" saldığını iddia edərək, polisin məscidə getdiyini və cərimə yazdığını bildirib.

BUTA.TV xəbər verir ki, Ben-Gvir bu addımın təkcə Tel-Şevada deyil, onun rəhbərlik etdiyi siyasət çərçivəsində bütün İsraildə tətbiq olunduğunu qeyd edərək öyünüb.

"Vəzifəyə gəldikdən sonra siyasəti dəyişdim. Hələ təkmilləşdiriləcək məsələlər var" - deyə nazir bildirib və əlavə məhdudiyyətlər tətbiq edəcəyini işarə edib.

Qeyd edək ki, Ben-Gvir dekabr 2024-cü ildə ərəb və yəhudilərin qarışıq yaşadığı şəhərlərdəki məscidlərin dinamiklərinə əl qoyulması barədə göstəriş vermişdi. Onun rəhbərlik etdiyi Yəhudi Gücü Partisi ölkə üzrə azan səsinin məhdudlaşdırılmasına dair qanun layihəsini də Knessetə təqdim edib.

Əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - Əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - SON DƏQİQƏ