Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Novaya Vodolaga qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə zərbə endirib. Nəticədə 2 qadın və 1 körpə həlak olub, azı 14 nəfər yaralanıb, onların 7-si uşaqdır.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İvan Vıqovski Teleqram kanalında məlumat verib.

O bildirib ki, hadisə yerində təcili xidmət orqanları fəaliyyət göstərir, yaralılara tibbi yardım göstərilir, həmçinin ərazidə partlayıcı maddələrin olub-olmadığını yoxlanılır.

Xarkov Vilayət Prokurorluğunun məlumatına görə, zərbənin “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə endirildiyi ehtimal olunur.

Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi