Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi
Foto
Anası ilə Ayxan arasında mübahisə anasının qısa şort geyinməsi olub.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib.
Əsmət isə "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib. Bundan sonra Ayxan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib.
Çiyin nahiyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O, canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən hoteldə baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.
O deyib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.
Əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - SON DƏQİQƏ