Çində robot sevgililər satışa çıxarıldı: Qiyməti... - Foto
Foto
Çində robot sevgililər 160 min dollara (272 min manat) satışa çıxarılıb. Məlumata görə, artıq 13 mindən çox sifariş verilib və bu sahəyə böyük maraq var.
Bəs belə robotlara marağın artması gələcəkdə insanların münasibətlərinə, ailə institutuna və sosial həyata necə təsir edəcək? Süni intellekt və robot texnologiyaları insan münasibətlərini əvəz edə bilərmi?
BUTA.TV xəbər verir ki, sosioloq Yusif Nəbiyev Globalinfo.az-a açıqlamasında robotların artmasının insanların ailə münasibətlərinə mənfi təsir edəcəyini bildirib:
“Çünki biz bu effekti təkcə robot texnologiyalarında deyil, Qərb dünyasında baş verən başqa bir transformasiyada da görürük. Belə ki, insanlar ailə qurmaqdan, ailə münasibətlərindən uzaqlaşır, ev heyvanları saxlamağa meyil edirlər. Bir çox insan hətta ən yaxın insani münasibətlərini belə heyvanlarla münasibətlərlə əvəz edir və düşünür ki, bu, onları qane edir. İnsanlar evlənməyə o qədər də meyilli olmur, evlənənlər belə övlad sahibi olmağa həvəs göstərmirlər. Bəzi insanlar düşünə bilər ki, süni intellekt və robot texnologiyaları insan münasibətlərini əvəz edə bilməz. Amma mən bu ssenariyə pessimist yanaşıram”.
Sosioloq qeyd edib ki, insan münasibətlərini əvəz etmək mümkün olacaq:
“Böyük qiymət verdiyimiz insan münasibətləri heç də hamı üçün əvəzolunmaz deyil. Dərin münasibətlər qurmağı bacarmayan, aşağı keyfiyyətli münasibətlər quran insanların əlaqələri də, onsuz da, keyfiyyətsiz olur. Belə münasibətləri isə süni intellekt, çatbot və ya robot rahatlıqla əvəz edə bilir. Dediyim kimi, bunu heyvanlarla münasibətlər nümunəsində də görürük. Heyvanlarla qurulan münasibətlər bir çox insan üçün insanlarla münasibətləri əvəz edə bilir. Çünki bu insanlar qarşılıqlı öhdəliklər götürmək, bərabərhüquqlu münasibətlər qurmaq və onları davam etdirmək istəmirlər, yaxud da bundan zövq ala bilmirlər. Onlar qarşılarında şərtsiz tabe olan, yalnız dəstək verən, amma heç nə tələb etməyən bir tərəfin olmasını istəyirlər. Məsələn, heyvanlar kimi”.
Yusif Nəbiyevin fikrincə, bu tip insanların münasibətlərini robotlar da əvəz edə bilər:
“Əsas sual budur ki, belə insanların ailə qurmaması, övlad sahibi olmaması mənfi haldır, yoxsa müsbət? Bu, artıq etik-fəlsəfi məsələdir və müzakirəyə açıqdır. Fikrimcə, dərin insani münasibətlər qura bilməyən, qarşılıqlı öhdəliklərin dəyərini anlamayan insanlar ailə qurmasalar və övlad sahibi olmasalar, daha yaxşıdır”.
"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar
|
Netanyahu 5 gündən sonra gedir? – Ekspert |
|
|
Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan |
|
|
Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix... |
|
|
Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı |
|
|
Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir? |
|
|
İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan |
|
|
Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama |
|
|
Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq |
|
|
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin! |
|
|
Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto |
|