Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan
İrəvan Türkiyə-Ermənistan sərhədinin açılması üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığı davam etdirir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumət iclasından sonra keçirilən brifinqdə deyib.
“Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeyd-şərtləri var. Hazırda proses məhz bu mərhələdədir. Bununla belə, müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işi davam etdiririk”, - o bildirib.
"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar