Xəbər verdiyimiz kimi, İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumətin dənizin rəsmi adını "Kaspian" olaraq təsdiqləməsini təklif edib.

Qeyd edək ki, bu, İran dövlət rəsmilərinin “Xəzər” adına qarşı ilk qısqanclığı deyil. 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin İrana səfəri zamanı Xəzər dənizini “Mazandaran gölü” adlandıran iranlı jurnalisti necə susdurmasını hər kəs yaxşı xatırlayır:

Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru Ramil Ağayev bildirib ki, Xəzər dənizi müxtəlif mənbələrdə fərqli adlarla təqdim edilib:

“Amma ən geniş yayılan və ən çox istifadə edilən ad “Xəzər”dir. Kaspi tayfalarının adı ilə “Kaspi” də adlandırılıb. Xəzər - onun ətrafında türklərin yaşaması ilə bağlıdır. Onların “Kaspi” adına meyil etməsi onunla əlaqədardır ki, deyirlər, guya, kaspilər türk tayfası olmayıblar. Halbuki kaspilər və xəzərlərin əlaqəsi və ya eyni tayfa olması ilə bağlı elmi araşdırmalar var.

Bundan başqa, Xəzər dənizinin “Azərbaycan dənizi” adlanması ilə bağlı ərəbdilli mənbələrdə kifayət qədər məlumat var. Bu da Xəzərin Azərbaycanla və türklərlə nə qədər bağlı olduğunu göstərir”, - o bildirib.

Tarixçi 1921-22-ci illərdə, SSRİ-nin yeni yarandığı zaman da belə mövzunun ortaya atıldığını xatırladıb:

“Sonra bu barədə bir daha heç nə deyilmədi. Aydın məsələdir ki, belə mövzuların ortaya atılması Xəzər dənizinin türklərlə bağlı olması ilə əlaqədardır. Türkçülük, Turan ideyası genişlənir. Onlar da bundan panikaya düşürlər”.

“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video “Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video