13:36

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadla məlumat verir ki, hadisə “Toyota Prius" və “Mersedes” markalı avtomobillərin iştirakı ilə qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər ölüb.

***

TƏBİB-dən verilən məlumata görə, baş verən qəza nəticəsində 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində digər yaralının müalicəsinə davam edilir.