Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. Hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində bir nəfər ölüb.