Məhəmməd Rəsulullah Mühafizlərinin mühafizəçilərindən olan Qasim Fətullahi naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, o, yanvarın 3-ü axşam saatlarında Tehranda evinin qarşısında 4 güllə ilə vurularaq öldürülüb.

Q.Fətullahinin, həmçinin, “Bəsic”in İmam Səccad məscidinin Sarəllah bazasının komandiri olduğu bildirilir.