Bakıda 179 nömrəli orta məktəbdə tədris müvəqqəti olaraq dayandırılıb.

BUTA.TV xəbər verir ki, buna ölkəmizdə azyaşlılar arasında yayılan kəskin virus səbəb olub.

Sözgüdən məktəbdə müəllimlər şagirdlərə həftənin sonuncu iş günü – yəni sabah tədris olmayacağını bildiriblər.

Həmçinin deyilib ki, gələn həftədən tədrisin bərpa-olub olunmayacağı ölkədəki epidemioloji vəziyyətə uyğun olaraq qiymətləndiriləcək.

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlamışıq.