Almaniya hökuməti Ukraynaya "Marder" piyada döyüş maşınları vermək imkanını nəzərdən keçirir.

BUTA.TV xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Bildirilib ki, Fransa həmçinin Ukraynaya AMX-10 RC təkərli tanklar göndərmək niyyətindədir.

ABŞ da öz növbəsində Kiyevə "Bradley" piyada döyüş maşınlarının verilməsini istisna etmir.