Şəmkir rayonunda həmkəndlilər arasında mübahisədə 37 yaşlı kişi başından balta xəsarəti alıb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Əliyev mübahisə zəminində başından balta ilə vurularaq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun həmkəndlisidir.

Faktla bağlı araşdırma aparılır.