Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi etiraz aksiyası artıq 28-ci günündədir. Aksiyada indi də yaddaqalan anlar yaşanır.

BUTA.TV xəbər verir ki, həmin yolda keşik çəkən əsgərlərimiz növbə dəyişərkən möhtəşəm anlar yaşanıb. Aksiya iştirakçıları “Ən böyük əsgər bizim əsgər!” şüarı ilə Şanlı Ordumuza dəstəklərini ifadə ediblər.